Yuxarı

Si Lukaşenko ilə görüşdü, “birgə mübarizəyə” çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Si Lukaşenko ilə görüşdü, “birgə mübarizəyə” çağırdı

Pekinə səfər edən Belarus lideri Aleksandr Lukaşenko ötən gün Çin sədri Si Szinpinlə görüşüb.

Axar.az xəbər verir ki, Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə bir daha təbrik edən Si iki ölkəni bir-birinə səmimi və etimadla yanaşan əsl dost və yaxşı tərəfdaş adlandırıb.

O, hər iki tərəfi Birləşmiş Millətlər Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli strukturlar çərçivəsində koordinasiya və əməkdaşlığı daha da gücləndirməyə, hegemonluğa və zorakılığa qarşı birgə çıxmağa, beynəlxalq ədaləti müdafiə etməyə çağırıb.

Lukaşenko Çinə uzunmüddətli güclü dəstəyinə və ölkəsinə göstərdiyi yardıma görə təşəkkür edib, Belarusun Çinə yüksək dərəcədə etimad göstərdiyini və Çinlə əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəyini söyləyib. Lukaşenko Çinin dünya üçün nümunə olduğunu vurğulayıb.

Qeyd edilib ki, bu, Lukaşenkonun hakimiyyəti ərzində Çinə 15-ci səfəridir.

Tarix
2025.06.05 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla