Yuxarı

Bakıda mühüm forum işə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” başlayıb.

Report xəbər verir ki, Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil etdiyi forum aprelin 25-də başa çatacaq.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, regionun neft emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat təmin edən ticarət, logistika, neft emalı, neft-kimya Forumunun məqsədi müvafiq ixrac bazarları və marşrutları daxil olmaqla, regionda karbohidrogen ixracı üzrə ən son tendensiyaların və perspektivlərin təhlil edilməsidir.Onun sözlərinə görə, bu ilki foruma 22 ölkədən nümayəndələr qatılıb.

O bildirib ki,tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirak edir.

Tədbir zamanı Xəzər regionunda ticarət fəaliyyətləri və əsas ixrac marşrutları barədə təqdimatlar keçiriləcək. Eyni zamanda Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.

Tarix
2019.04.22 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla