Yuxarı

Azərbaycan OPEC üzvü olacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan OPEC üzvü olacaq

İqtisadi cəhətdən neft hasilatından asılı olan hər bir dövlət OPEC-ə üzv olmaq üçün təşkilata müraciət edə bilər.

Bunu Report-a açıqlamasında OPEC-in media üzrə icraçı direktoru Eytne Trinor deyib.

"İqtisadi cəhətdən neftden asılı olan hər kəs OPEC-ə üzv olmaq üçün müraciət edə bilər. Lakin OPEC-ə daxil olmayan bir qrup qaz və neft istehsalı ilə məşğul olan ölkələrdə də inkişaf gedir. Onlarla tez-tez məsləhətləşmələr və söhbətlər aparılır. Amma üzvlük qərarı sadəcə olaraq fərdi dövlətlər üçün nəzərdə tutulub", - deyə E.Trinor bildirib.

Azərbaycanın perspektivdə OPEC-ə üzvlüyü məsələsinə gəlincə, təşkilat rəsmisi bunun mümkün olduğunu deyir: "Neft və qaz istehsalı Azərbaycan iqtisadiyyatının özəyidir. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, ölkənin iqtisadi durumu ümumi ixracının 90%-dən çoxunu təşkil edən neft və qaz əsasında formalaşan enerji ixracından asılıdır".

Xatırladaq ki, OPEC-ə üzv olan hər bir ölkə üçün neftin gündəlik minimum istehsal həcmi 800 min bareldir.

Tarix
2014.12.17 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla