"Asiya İnkişaf Bankı üçün
2014-cü il işgüzar il olub və gələn il Bankın Bakıda geniş tədbiri
keçiriləcək".
Report xəbər verir ki, bunu bu gün jurnalistlərlə görüşdə Asiya
İnkişaf Bankının (ADB) Bakı ofisinin rəhbəri Olli Noroyono (Olly
Norojono) deyib. O.Noroyono 2014-cü ildə ADB-nin Manilada
(Filippin) yerləşən mərkəzi ofisinə Azərbaycandan bir qrup
jurnalistlər göndərilib.
"ADB 2014-2018-ci illərdə Azərbaycanın nəqliyyat, energetika
sahələri və şəhər xidmətlərinə ümumilikdə 752 mln. ABŞ dolları
həcmində vəsait ayıracaq. Azərbaycanın ADB-nin səhmlərindəki payı
0,445%-ə bərabərdir, lakin səsvermədə bu, təxminən 0,7%-dir", -
O.Noroyono qeyd edib.
Daha sonra isə Manilaya səfər edən jurnalistlər çıxış ediblər.
Onlar səfərləri zamanı gördükləri işlər və qurumun rəhbərliyi,
həmçinin ADB-nin baş ofisində keçirilən görüşlər və ümumi
təəssüratları haqqında danışıblar.
Xatırladaq ki, 2015-ci ilin mayında Bakıda ADB-nin 48-ci illik
toplantısı keçiriləcək.