Yuxarı

Rektorun bankı 10 milyon zərər etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğan Bank ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 587,224 milyon manat təşkil edib.

Axar.az xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 20,7% çoxdur.

"Muğan Bank”ın aktivlərinin 361,493 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. Son 1 ildə Bankın kredit portfeli 2,4% kiçilib.

Hesabat dövründə "Muğan Bank”ın cəmi öhdəlikləri 23,1% artaraq 517,323 milyon manata, o cümlədən depozit portfeli 29,9% artaraq 299,793 milyon manata, cəmi kapitalı isə 5,5% artaraq 59,901 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında "Muğan Bank”ın gəlirləri 28,853 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 13,4% çox), xərcləri 26,559 milyon manat (6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 12,119 milyon manat (3,8 dəfə çox) təşkil edib. Son nəticədə Bank I yarımili 9,825 milyon manat zərərlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 3,5 dəfə çoxdur.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Tarix
2019.07.19 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Bakıda “Özbəkistan” parkının təməlini qoydu

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla