Yuxarı

Kapital Bank və Boğaziçi Universitetindən bir ilk!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank-ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal bir yeniliyə imza atıb.

Axar.az xəbər verir ki, “Mükəmməl Menecment” adı altında gerçəkləşən mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris alıb, imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırlayıblar.

6 sentyabr 2019-cu il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi – “Məzun tədbiri” keçirilib. Tədbiri giriş sözü ilə açan Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Mehmed Özkan iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun tədbiri” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.

Qeyd edək ki, Kapital Bank-ın İnsan Kapitalı Akademiyası 14 sentyabr 2018-ci tarixində yaranıb və korporativ universitet modeli üzrə fəaliyyət göstərən ən böyük təsisatlardan biridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.09.11 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburq hadisəsi: Baş Prokurorluqda brifinq keçirilir

Azərbaycanlıları öldürən OMON-çuların - Fotosu

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla