Yuxarı

Neft gəlirləri hara xərclənir? – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft gəlirləri hara xərclənir? – Millət vəkili

“Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisədir. Prezidentin də qeyd etdiyi kimi, bu kontraktın faydasını bu gün Azərbaycan dövləti və xalqı görür.

Bu sözləri Axar.az-a millət vəkili Aydın Mirzəzadə “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevin çıxışı haqqında danışarkən deyib. O bildirib ki, ölkədə gedən quruculuq və abadlıq işlərinin təməlində neft sənayemiz dayanır:

“Əsrin müqaviləsi”nin 25 illik yubileyinin qeyd edilməsi və ölkə başçısının çıxışı həmin müqavilənin zamanında düzgün bağlandığını bir daha sübut edir. Ölkə başçısı çıxışında həmin müqavilənin əhəmiyyətindən və onun bağlanmasının çətinliklərindən danışdı. Həqiqətən o dövrdə belə bir müqavilənin bağlanmasına nail olmaq o qədər də asan məsələ deyildi. Amma Ulu öndər Heydər Əliyev bu müqavilənin bağlanmasına nail ola bildi. Bu gün ölkəmizdə gedən inkişafın təməlində Heydər Əliyevin düzgün və dəqiq qərarları dayanır. Ölkə başçısı İlham Əliyev də atılan bu doğru addımlardan yola çıxaraq Ulu öndərin siyasətini davam etdirir”.

Millət vəkili neftdən əldə edilmiş gəlirlərin ölkəmizin sürətli inkişafına, yaşayış səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdığını bildirdi:

“Neftdən gələn gəlirlərin əhalinin sosial rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafına yönəlməsi Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin olmasından xəbər verir. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilməsi bunun əyani sübutudur. Həmçinin, hesab edirəm ki, Azərbaycan vaxtı ilə təşəbbüs göstərdiyi bu layihəni həyata keçirməklə ümumilikdə regionun və dünyanın inkişafına böyük töhfə vermiş oldu”.

Tarix
2019.09.21 / 16:39
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla