Yuxarı

BirKart-la Əbu-Dabiyə bilet qazanın!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BirKart-la Əbu-Dabiyə bilet qazanın!

Kapital Bank BirKart-ın Feysbuk səhifəsində yeni yarışmaya start verir. 10-28 dekabr 2019-cu il tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.

Axar.az xəbər verir ki, yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında BirKart-ın Feysbuk səhifəsinin Messemger-ində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə bot vasitəsilə müştərilərə növbə ilə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər.

10 qalib 29 dekabr 2019-cu il tarixində BirKart-ın Feysbuk səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək. Onlardan 1 nəfər Etihad Airways tərəfindən Əbu-Dabi şəhərinə 2 nəfərlik bilet (gediş-dönüş) və BirKart Miles Debet plastik kartı, digər 9 nəfər isə BirKart Miles Debet plastik kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, “Aican” Messenger-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.12.10 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla