Yuxarı

Ötən ay neftdən nə qədər pul itirdik?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən ay neftdən nə qədər pul itirdik?

"2015-ci ildə Dövlət Neft Fondu təkcə dövlət büdcəsinə hər ay orta hesabla 865 milyon manat transfer etməlidir. Bundan əlavə, hər ay orta hesabla 118 milyon manat da Fondun öz xərclərinin icrasına tələb olunur".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Rövşən Ağayev çıxış edib. Ekspert Azərbaycanın ötən ay neftin qiymətinin ucuzlaşmasından itirdiyi məbləğin həcminə aydınlıq gətirib:

"2015-ci il yanvar ayının nəticələrinə görə, Dövlət Neft Fonduna düşən mənfəət neftinin həcmi təxminən 1,927 milyon ton olub. Bu, Supsa və Ceyhan kəmərlərilə ölkədən ay ərzində ixrac olunan neftin (2,734 milyon ton) 70,5%-i deməkdir. Yanvarda "Azəri layt" markalı neftin orta aylıq qiymətinin hər barel üçün 51 dollar (hər ton üçün 319 dollar) olduğunu nəzərə alsaq, deməli, yanvarda Dövlət Neft Fondunun büdcəsinə mənfəət neftinin satışından 614 milyon dollar daxil olub. Fondun büdcə gəlirlərinin 10%-dən bir qədər az hissəsinin də digər mənbələrdən formalaşdığını nəzərə alsaq, Fondun aylıq gəlirləri ən yaxşı halda 680 milyon dollar (530 milyon manat) təşkil edə bilər. Halbuki 2015-ci ildə Fond təkcə dövlət büdcəsinə hər ay orta hesabla 865 milyon manat transfer etməlidir. Bunda əlavə, hər ay orta hesabla 118 milyon manat da Fondun öz xərclərinin icrasına tələb olunur. Qısası, 2015-ci ildə orta hesabla hər ay Fonda xərcləmək üçün (əgər büdcəsini ixtisar etməyəcəksə) 983 milyon manat vəsait lazımdır. İlk ayın nəticəsinə görə isə, büdcə gəlirinin bundan az qala 2 dəfə az - təxminən 530 milyon manat olması ehtimal olunur".

Tarix
2015.02.10 / 09:09
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla