Yuxarı

Bakıda dolların yoxa çıxmasının səbəbi - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün həqiqətən də Bakıda bir çox valyutadəyişmə məntəqəsində dollar qıtlığı müşahidə olunub".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, bu gün əksər valyutadəyişmə məntəqələrində dolların baha (79 qəpik) satıldığını da vurğulayıb:

"Vətəndaşların bir qismi əllərində olan manatı dollara çevirməyə çalışır. Nəzərə alaq ki, bu gün tələbatın kəskin artması müşahidə olunub, bu ajiotaj isə Mərkəzi Bankın dünənki açıqlaması və manatın məzənnə siyasətində ikivalyutalı sistemə keçməsi ilə bağlı qərarından sonra müşahidə edildi. Baş verən proseslə əlaqədar valyutadəyişmə məntəqələrini də başa düşmək lazımdır. Çünki məntəqələr dollara olan tələbatı ödəyə bilmirlər. Dollara olan tələbat hazırda çoxdur və vətəndaş manatı satıb dollar alır. Buna görə də hazırda dollara olan tələbatın ödənilməsində valyutadəyişmə məntəqələrində kifayət qədər ciddi çətinlik yaranıb. Birmənalı şəkildə MB vətəndaşların panikaya düşməməsi üçün gün ərzində rəsmi açıqlama verməli idi. Dünyanın heç bir Mərkəzi Bankı öncədən devalvasiya olacağı ilə bağlı açıqlama vermir. Azərbaycanın baş bankında ölkədə devalvasiya əhval-ruhiyyəsi yaradaraq insanların öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil".

V.Bayramov vətəndaşlarda yaranan bu panikanın səbəbini bu cür açıqlayıb:

"Manatın dəyərdən düşəcəyi ilə bağlı əhalidə ciddi bir narahatlıq müşahidə olunur. Təbii ki, bu, özəlliklə də MB-nin dünənki qərarından sonra vətəndaşların valyutadəyişmə məntəqələrinə üz tutmasına səbəb olub. Amma manatını dollara çevirən vətəndaşlar onsuz da bir müddətdən sonra pul xərcləmək üçün yenidən dolları milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta idxal edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azalma müşahidə ediləcək. MB müxtəlif dolayı metodlar, o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi. Təəssüf ki, MB hələlik proseslərə seyrçi mövqedən yanaşır".

Tarix
2015.02.17 / 22:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Prezidentlər Bakıda “Özbəkistan” parkının təməlini qoydu

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla