Paytaxtın məşhur xəz-dəri
mağazaları iflas edir. Şəhərin brend kürklər satılan dükanları
alıcı üzünə həsrət qalıb. Artıq "Sədərək" ticarət mərkəzinə Çin və
Yunanıstan istehsalı olan xəz-dərilərin gətirilməsi
dayandırılıb.
Axar.az-a bu barədə sahibkarlardan verilən məlumata görə, Bakıda
tanınan və efirdə tez-tez reklam olunan "Karolina Valiant", "Angel"
xəz qalareyası mallarını sata bilmir. Son aylar ticarət
mərkəzlərində yaranmış durğunluq, müştəri qıtlığı xəz-dəri
mağazalarında daha dərin şəkildə özünü biruzə verir.
Qeyd edək ki, son illər xəz-dəri Azərbaycan qadınının daha çox
üstünlük verdiyi geyim növünə çevrilib. Sayı gündən-günə artan
xəz-dəri mağazaları da qadınların bu zövqünü nəzərə alıb, onları
kreditlə, müxtəlif endirimlərlə cəlb etməyə çalışır.