Yuxarı

ƏDV-nin bir hissəsini necə geri ala bilərik? - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ƏDV-nin bir hissəsini necə geri ala bilərik? - Video

2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verib. Kapital Bank-ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.

Axar.az xəbər verir ki, bunu həyata keçirmək üçün istehlakçı www.edvgerial.az saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır: istehlakçı fiziki şəxs olmalıdır, satıcı ƏDV ödəyicisi olmalıdır, həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. QR Pay xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.

ƏDV-nin qaytarılması ilə bağlı video təlimat:

Tarix
2020.05.04 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla