Yuxarı

Bu məlumat həqiqəti əks etdirmir - Mərkəzi Bank

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məlumat həqiqəti əks etdirmir - Mərkəzi Bank

Bu gün Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilib.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Bank qeyd edib ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunub.

Lakin koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib.

Mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb.

Qeyd olunan məlumat həqiqəti əks etdirmir.

Tarix
2020.06.01 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla