Yuxarı

Qızılın ucuzlaşacağı tarix açıqlandı - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar qızılın qiymətində ciddi artımlar müşahidə olunur. Qızıl qiymətindəki sürətli dəyişiklik bu həftə də davam edib. Belə ki, qızılın bir unsiyasının qiyməti 2 min 33 dollara çatıb.

Axar.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov Teleqraf.com-a açıqlamasında qızılın bahalaşmasının təsadüfü olmadığını deyib:

“Çünki qlobal iqtisadiyyatda qeyri-müəyyənlik var. Eləcə də bir sıra strateji məhsullar bazarında volonterlik riski olduğuna görə qlobal böhran baş verən hallarda investorlar daha çox qızıl bazarına investisiya etməkdə maraqlı olur. Təbii ki, bu investisiyanın artması da qızılın qiymətinə təsir göstərir. Son 1 ildə qızıl qiymətində təxminən 25 faiz artım olub. Artıq 1 qramı 63 dollara satılır ki, bu da son illərin ən yüksək qiymət göstəricisidir. Son 1 və 6 aylıq yekunlara diqqət yetirsək, qızılın qiymətində ikirəqəmli artım var. Bu da ondan xəbər verir ki, qızıla yönəldilən investisiya həcminin artması bu metalın dəyərini hiss ediləcək dərəcədə yüksəlməsinə gətirib çıxarır”.

Analitikin fikrincə, pandemiya fonunda artım tendensiyası davam edəcək:

“Daha öncə də proqnozlaşdırmışdıq ki, xüsusilə pandemiyanın davam etdiyi aylarda qızılın qiymətində artımlar müşahidə olunacaq. Çünki valyuta bazarında volonterlik yüksəkdir. ABŞ dollarının məzənnəsində də digər valyutalara nisbətən azalmalar var. Bu da təbii ki, valyuta bazarına və eləcə də qızıla olan tələbə birbaşa təsir göstərir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan qızıla olan tələbin təxminən 90 faizindən çoxunu idxal hesabına ödəyir:

“Ölkəmizin əsas qızıl ixrac etdiyi ölkələr İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədir. Dünya bazarında artımlar baş verdikcə həmin ölkələrdən idxal etdiyimiz qızılın xərci də artır. Bundan əlavə, toy mərasimləri keçirilməsə də, vətəndaşlarımızın bir qismi qızılla yığıma üstünlük verdiyi üçün qiymətdə artımlar müşahidə olunur. Buna görə də Azərbaycanın qızıl bazarında qiymət artımları müşahidə olunur. Ümumilikdə pandemiya başlayandan sonra ölkəmizdə qızılın qiyməti təxminən 15 faiz artıb”.

Ekspert deyir ki, qızıl bazarındakı stabillik pandemiyanın müddətindən asılı olacaq:

“Pandemiya davam edəcəyi halda investorların qızıla olan tələbinin artacağı gözlənilir. Amma pandemiyanın azalması və ya post-pandemiya dövrünə hər hansı bir nikbinlik yaranarsa, o zaman investorların öz vəsaitlərini qızıl bazarından çəkməsini müşahidə edə bilərik. Bu halda qızılın qiymətinin stabilləşməsi mümkün olar. Amma hələlik pandemiya qızıla olan tələbi artırmaqda davam edir”.

İqtisadçının qənatincə, qızılın qiyməti valyuta bazarına təzyiq yaratmır:

“Əslində valyuta bazarında olan investorların bir çoxu öz vəsaitlərini çəkərək qızıla yönəldir. Həmçinin valyutaların məzənnəsinin qızıl bazarı arasında birbaşa əlaqə olmadığı üçün bu, valyuta bazarına təzyiq yaratmır. Adətən investorlar tələb artan bazara investisiya yönəldirlər. Bu da təbii ki, bazarların əsas şərtlərindədir. Qızıl bazarı nisbətən stabil bazardır. Bu baxımdan investorların bu qərarları gözləniləndir”.

Tarix
2020.08.10 / 22:23
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla