Yuxarı

TANAP-dan Naxçıvana qaz verilə bilər? – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

TANAP-dan Naxçıvan Muxtar Respublikasına qaz verilə bilər. Bu, texniki cəhətdən mümkündür.

Axar.az xəbər verir ki, bu barədə Transanadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, buna gərək olub-olmaması ayrıca müzakirə mövzusudur:

“Hazırda isə Naxçıvana qaz verilişi ilə bağlı layihə Türkiyənin BOTAŞ şirkəti tərəfindən ediləcək sərmayə ilə həyata keçiriləcək. Beləliklə, İğdır vilayətindən 500 milyon kub metr qaz verilə biləcək. Bu, BOTAŞ-ın beynəlxalq nəqletmə şəbəkəsinə daxil olan qazdan veriləcək. TANAP-dan Naxçıvana birbaşa bağlantı isə hələ ki, nəzərdə tutulmur. Növbəti illərdə tələb olarsa, bu, həyata keçirilə bilər. Hazırda buna ehtiyac yoxdur. Çünki hazırda Naxçıvana ən yaxın mənbə İğdır hesab edilir”.

Qeyd edək ki, BOTAŞ şirkəti TANAP layihəsində 30 faiz paya sahibdir.

Tarix
2021.01.14 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla