Yuxarı

SOCAR prezidenti hesabat verdi - Cabbarovdan qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR prezidenti hesabat verdi - Cabbarovdan qərar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir. Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır. Dövlət başçısının Fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.

İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.

Sonra iclasda SOCAR-ın maliyyə nəticələrinin daha da yaxşılaşdırılması, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək növbəti tədbirlər müzakirə edilib.

İclas iştirakçıları SOCAR-in inzibati binasında təşkil edilmiş “Azərbaycan nefti” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan neft tarixinin həlledici mərhələlərini, neft ənənələrini, Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində əldə olunmuş nailiyyətləri, neftçilərin fədakar əməyini əks etdirən şəkil və eksponantlar nümayiş olunur.

İclas iştirakçıları həmçinin, Dövlət Neft Şirkətinin binasında yaradılmış böhran vəziyyətlərinin və fövqəladə halların idarə edilməsi otağının açılışında iştirak ediblər.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.

Tarix
2021.04.12 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla