Yuxarı

ABB-nin Siyəzən şöbəsi yeni konseptdə istifadəyə verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB filialları ilə yanaşı, şöbələrinin də Bankın yeni inkişaf konseptinə uyğun qurulmasını davam etdirir. Bankın yenilənmiş Siyəzən şöbəsi müştərilərin istifadəsinə verilib. Şöbə Siyəzən şəhəri, Babək küçəsində fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait təmin olunub. Fərdi və korporativ müştərilər Siyəzən şöbəsində kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bu prosesin Bankın brend kimliyinin yenilənməsinə, müştərilərin rahatlığına, filial və şöbələrdə gözləmə müddətinin azalmasına xidmət etdiyini bildirib: “Ümidvarıq ki, Siyəzən şöbəmiz də yaratdığı imkanlarla regionun inkişafı üçün faydalı olacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.12.27 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla