Yuxarı

AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib. “AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub.

Axar.az xəbər verir ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin müştərisidir. Onların hər birinin bank hesabına 100 manat məbləğində vəsait köçürülüb. Xatırladaq ki, şərtlərə görə, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ əldə edirdi. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aid idi.

Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunurdu.

“Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2022.01.07 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tay, o tay, bir-birimizlə qohumuq... - Pezeşkian

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla