Yuxarı

Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank regionlarda yeni layihəyə start verdi. “Karyera Marafonu” adı altında keçirilən tədbir 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərində - Gəncə Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda olan Tələbə parkında baş tutub.

Axar.az xəbər verir ki, tədbir Gəncə şəhəri İcra hakimiyyəti, Gəncə-Daşkəsən regional Məşğulluq İdarəsi, Gəncə Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib. Marafonun əsas məqsədi gənclərlə görüşmək, onların şəxsi inkişaflarına töhfə vermək və istedadlıları peşəkar karyera dünyasına cəlb etməkdir. Marafon çərçivəsində karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib.

“Bildiyiniz kimi Kapital Bank mütəmadi olaraq ali məktəblərdə müxtəlif karyera günləri keçirir. Bu dəfə qərara gəldik ki, regionlarda da analoji tədbirlər təşkil edək və ölkənin iri şəhərlərində olan gənclərə karyera qurmaqda köməklik göstərək. Marafonumuza ilk olaraq Gəncədən başladıq. Lakin marafon Azərbaycanın digər regionlarında da davam etdirəcəyik. Əgər Siz də bizim marafona qoşulmaq istəyirsinizsə, Kapital Bank-ın sosial şəbəkələrdəki səhifələrini izləyin və tədbirin keçiriləcəyi şəhər və məkan barədə ilk olaraq xəbər tutun”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Tarix
2022.06.28 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla