Yuxarı

İnnovasiya Sammitinə sayılı günlər qaldı!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçiriləcək. “Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutacaq. Kapital Bank isə sammitin baş sponsorudur.

Axar.az xəbər verir ki, sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq. Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı https://innovationsummit.az saytından əldə etmək olar.

Qeyd edək ki, bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin, həmçinin region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları ilə əlaqəli sahələrin inkişafı üçün ayırılacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Tarix
2022.12.02 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla