Yuxarı

Banklar ciddi sınaq qarşısında: Əmanətlər...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar ciddi sınaq qarşısında: Əmanətlər...

2016-cı il bank sektoru üçün asan olmayacaq, hətta bir növ sınaq xarakteri daşıyacaq.

Bu barədə Axar.az-a açıqlamasında problemli kreditlərin həcminin artması məsələsindən danışarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O, bəzi kommersiya banklarında problemli kreditlərin həcminin hətta 35 faizdən yuxarı olduğunu deyib:

"Müştərilərin böyük bir qismi son dövrlərdə kreditlərin ödənişi ilə bağlı məsələlərdə ciddi problemlərlə üzləşirlər. Bu, bankların aktivlərinin dönərliyini aşağı salır. Belə ki, geri qayıtmayan vəsaitlər bankların istifadəsindən kənarda qalır və nəticədə təkrar kredit qoyuluşu problemi yaranır. Bu səbəbdən də son zamanlar ölkədə kredit qoyuluşunun həcmində azalmalar müşahidə edilməyə başlayıb. Son dövrlər banklar böyük həcmdə kreditlər təklif etmirlər. Birinci səbəb vətəndaşların kreditləri geri ödəyə bilməməsi nəticəsində bankların aktivlərində yaranan problemlərdirsə, digər səbəb isə banklarda olan depozitlərin xarici valyuta ilə olmasından dolayı kredit təşkilinin də məhz xarici valyutada olması zərurəti ilə bağlıdır".

Ekspertin qənaətinə görə, 2016-cı ildə əmanətlərdə artım müşahidə edilməyəcək:

"Banklar hazırkı situasiyada daha passiv kreditləşmə siyasəti həyata keçirməkdə maraqlıdırlar. Ancaq bankların gəlirlərinin böyük bir qisminin kredit faizlərindən formalaşdığını nəzərə alsaq, bu situasiya banklar üçün sərfəli deyil. Növbəti dövrlərdə bu kreditlərin geri qayıtmasında problemlərin yaranma ehtimalı yüksək olduğundan banklar hazırda daha etibarlı, gəlirlərində stabillik müşahidə olunan vətəndaş və sahibkarlara kreditlərin təklifi mövqeyindən çıxış edirlər. 2016-cı ildə əmanətlərin artımı müşahidə edilməyəcək. Banklar hazırda xarici valyutada olan əmanətlərə daha aşağı faiz təklif etməyə başlayıblar. Bu, vətəndaşları milli valyutada depozit yatırımına sövq etsə də, prosesdə azalmalar müşahidə ediləcək. Hətta vaxtı çatmış əmanətlərin geri çəkilməsi sürətlənə bilər. Bankların kreditləşmədən əldə etdiyi faizlərin aşağı düşməsi nəticəsində zərərlə işləyən bankların sayı arta bilər. 2016-cı il bank sektoru üçün asan olmayacaq, hətta bir növ sınaq xarakteri daşıyacaq. Bir çox bankların bağlanması isə qaçılmaz ola bilər".

Tarix
2015.11.05 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla