Yuxarı

MB-dən bu təşkilatlara xəbərdarlıq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
MB-dən bu təşkilatlara xəbərdarlıq

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər.

Axar.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestri tərtib edilir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu AMB-nin internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından yoxlanıla bilər.

“Mərkəzi Bank haqqında” qanunun 51.3-cü maddəsinə əsasən AMB maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və yaxud hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir, bu barədə məlumatı internet səhifəsində və mediada açıqlayır, qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.

Bu baxımdan, lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxsləri aşkar etdikdə, bu barədə AMB-yə (https://contact.e-cbar.az/) məlumat verməyiniz xahiş olunur. Məlumat verən şəxs barədə məlumatların konfidensiallığına təminat verilir.

Tarix
2024.10.29 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla