Yuxarı

Xəzər regionu böyük potensiala malikdir - Britaniya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər regionu böyük potensiala malikdir - Britaniya

Dünya Bankının məlumatlarına görə, Xəzər dənizində külək enerjisi potensialı çox böyükdür. Bu göstərici Avropa Birliyinin enerji potensialını dəfələrlə üstələyir. Xəzər regionunun yaşıl enerji istehsalı və onun Avropaya ixracı üçün geniş imkanları mövcuddur.

Axar.az xəbər verir ki, bunu Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda keçirilən “Caspian Energy Security and Post-COP29” adlı konfransda deyib.

Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaşdır. O əlavə edib ki, Avropa və Xəzər regionu arasında enerji əlaqələrinin gücləndirilməsi enerji keçidi üçün vacibdir:

“Biz bütün Avropa və Xəzər regionu arasında təcrübə mübadiləsi və daha yaxşı interkonektivliyin enerji keçidini sürətləndirə biləcəyinə inanırıq”.

Tarix
2024.12.04 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla