"Ermənilər Dağlıq Qarabağın
müstəqilliyi şərəfinə badə qaldırıblar".
Bu sözləri Axar.az–a NATO-nun Bakıdakı
tədbirindən açıqlama verən millət vəkili Zahid Oruc deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün də davam edən tədbirdə
Cənubi Qafaqazın Təhlükəsizlik məsələsi ətrafınada çox uğurlu
təqdimatlar olub və mühüm fikirlər səsləndirilib:
"NATO seminarına qatılan ermənilərin tədbiri əsas mövzulardan
uzaqlaşdırmaq, iki dövlət arasında siyasi vuruşlara həsr etmək,
bizi müəyyən mənada emosional mövqelərə təhrik etmək, mövzuların
diskusiyasına maneə törətmək, NATO-nun tədbirdə iştirak edən
çoxsaylı qonaqlarını mövzulardan yayındırmaq, ayrılan vaxtın
gələcək strategiyaların səmərəsiz olduğuna inandırmaq kimi cəhdləri
boşa çıxıb".
Zahid Oruc həmçinin bildirib ki, aparıcı moderator Poll tədbirdə
erməni parlamentarisinin təxribatçı mövqeyini və leksikonunu
qınayaraq mikrofonu söndürüb. Bununla da sübut olunub ki, səngərdə
dayanıb atəş açan ermənilərlə tədbirə polemika məqsədi ilə gələnlər
arasında heç bir fərq yoxdur:
"Məndə olan dəqiq məlumata görə, tədbirin əsas hissəsindən çıxan
ermənilər, - ifadəmə görə üzr istiyirəm, - ayaqyoluna gedərək orada
Dağlıq Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıb, 10 dəqiqədən
sonra isə çıxıblar. Daha sonra dırnaqarası sağlıq hadisəsini
Tvitter sosial şəbəkəsində paylaşıblar. Ermənilərin bu qeyri-etik
davranışı birincisi onların ədəblərinin hansı səviyyədə olduğunu
ortaya qoyur, ikinçisi isə Qarabağın sağlığını ancaq onlar belə bir
yerdə deyə bilərdilər, üçüncüsü, bəlkə də hər hansı reaksiya
olacağından sığortalanmaq üçün ediblər, dördüncüsü isə mən onlar
tərəfdən hər iki şəxsi çox yaxşı tanıyıram. Guya sözdə dostluq,
əməkdaşlıq, sülh dilini yansıtsalar da, altında xirtdəyəcən erməni
niyyətinin gizləndiyinin dəfələrlə şahidi olmuşuq.
NATO-nun tədbiri hazırda da davam edir və düşünürəm ki,
Azərbaycan özünün əsas mövqeyini ortaya qoya bilib".