Yuxarı

Dünyanın ən güclüsü Putin: 27 qorxunc gerçək - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” dərgisi hər il dünyanın ən güclü insanlarının siyahısını hazırlayır. Sözügedən siyahıda 3-cü yerdə Almaniya kansleri Angela Merkel, 2-cilikdə ABŞ Prezidenti Donald Tramp, 1-ci pillədə isə Rusiya lideri Vladimir Putin yer alıb.

Kult.az xəbər verir ki, bu barədə Yutubda fəaliyyət göstərən “Ruhi Çenet Videoları” kanalında araşdırma paylaşılıb.

Sözügedən videoda Putinin yüksəlişi və onun Rusiyada, eləcə də dünyada yürütdüyü iqtisadi-hərbi siyasətdən bəhs olunub. Bildirilir ki, hələ gənc ikən casuslardan bəhs edən sovet filmlərindən təsirlənən Putin KQB-nin əməkdaşı olmaq istəyirdi və demək olar, hər şey bundan başladı:

“O, hüquq təhsilini başa vurduqdan sonra Almaniyada gizli KQB agenti kimi fəaliyyət göstərdi və Almaniya Demokratik Respublikasının çöküşünə səbəb olan hərəkatların təşkilində yer aldı.

1991-cı ildə SSRİ dağıldı və ruslar 2 milyon kv.km ərazi itirdi. Putin sonralar bu hadisəni “əsrin ən böyük geosiyasi fəlakəti” adlandırdı.

Rusiyanın ilk prezidenti seçilən Boris Yeltsin Qərblə yaxın əlaqələrinə görə o qədər də sevilmirdi. Bu azmış kimi, o həm də alkoqolik idi. Ruslar onun Qərbin kuklası, kloun olduğunu düşünürdülər. O, hakimiyyətdə qalmaq üçün iqtidarı oliqarxiyaya təslim etdi və onların daha da güclənməsinə səbəb oldu.

Bu proseslər cərəyan edərkən Putin ölkəsinə qayıtdı, siyasətə qatılaraq Borisin güvəndiyi adamlardan birinə çevrildi. 1999-cu ildə Yeltsin istefa verdikdən sonra Putinin prezident olmasını təklif etdi. Bununla da Vladimir Putin Rusiyanın yeni lideri oldu. O, bundan sonra Rusiyanı güclü dövlətə çevirmək üçün bir sıra radikal qərarlar aldı”.

Daha ətraflı videoda:

Tarix
2018.05.02 / 07:00
Müəllif
Aqşin
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla