Yuxarı

Azərbaycan Dünya Musiqi Festivalında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Dünya Musiqi Festivalında

Ölkəmiz Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 22-26-sı tarixlərində İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçiriləcək 20-ci Uomeks (Womex) Dünya Musiqi Festivalında təmsil olunacaq.

Axar.az xəbər verir ki, bu il keçiriləcək Uomeks (Womex) festivalında Azərbaycanın təmsil olunması məqsədilə Azərbaycan guşəsinin yaradılması, milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və oktyabrın 23-də Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Tədbirlə bağlı nazirliyin nümayəndə heyəti oktyabr 20-də İspaniyaya ezam edilib.

Xatırladaq ki, qeyd edilən tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur. 1994-cü ildən indiyə qədər bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Namizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi musiqiçilərimiz təmsil ediblər.

Tarix
2014.10.21 / 01:50
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla