
Leroy Sane "Qalatasaray"da – Rəsmi
16:58
Ana səhifə Kult |
![]() ![]() ![]() ![]() |
Omsk şəhərində yaşayan mikro miniatür ustaları Anatoli və Stanislav Konanko dünya miniatür kitab rekordunu yeniləyiblər.
Axar.az Rusiya Rekordlar Kitabının internet saytına istinadən xəbər verir ki, ata-oğul miniatür ustalarının hazırladığı və Rusiya Milli Marşının da yer aldığı 0.644-0.660 mm ölçülərindəki kitab yaponların keçən il hazırladığı 0.75x0.75 mm ölçülərindəki kitabı geridə qoyub.
Qızıl qapaqlı 8 səhifəlik kitabın 6 səhifəsində boşluqlarla birlikdə 808 işarə olan Rusiya Milli Marşının mətni də yerləşdirilib. Rekord sahibi kitabın giriş və son səhifələri isə Rusiyanın rəsmi emblemi şəklində hazırlanıb. Ata-oğul miniatür ustaları kitabın bir nüsxəsini Rusiya Prezidenti Vladimir Putinə hədiyyə etməyi planlaşdırırlar.
Tarix
2014.12.11 / 01:53
|
Müəllif
Nilufər Muğantürk
|