Yuxarı

Tarixçilər BDU-nun 100 illiyini qeyd etdi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixçilər BDU-nun 100 illiyini qeyd etdi - Foto

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və bu ali məktəbin Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov BDU-nun müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, universitet 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib. Tarix fakültəsi də BDU-nun yaşıdıdır.

Yaqub Mahmudov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev BDU-nun Tarix fakültəsinin dünya şöhrətli məzunudur: “Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu Öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq”.

Bildirilib ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Dekan olarkən Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.

Daha sonra BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərov, tarixçi alimlər Səidə Əliqızı, Səidə Quliyeva, Sevinc Ruintən və başqaları çıxışlarında bildiriblər ki, BDU Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 100 il ərzində universitet Azərbaycan üçün yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirib.

Sonda BDU-nun tələbələrinə və konfransda iştirak edən müəllimlərinə Tarix İnstitutunun nəşrləri təqdim olunub.

Tarix
2019.11.23 / 00:34
Müəllif
Kult.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla