Yuxarı

Yazı yaz, noutbuk, planşet və ya telefon qazan!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazı yaz, noutbuk, planşet və ya telefon qazan!

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) abituriyentlər üçün yazı müsabiqəsi keçirir.

ADU-dan Kult.az-a verilən məlumata görə, “Abituriyentlərlə İş Departamenti” yazı müsabiqəsi universitet haqda abituriyentlərin daha dolğun şəkildə məlumatlanması məqsədilə təşkil edilib.

Müsabiqəyə abituriyentlər Azərbaycan Dillər Universitetində baş tutan uğurlu layihələr, beynəlxalq əlaqələr, mərkəzlər, xaricdə təhsil proqramları, tədris olunan dillər, fakültələr, ixtisaslar, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi, o cümlədən tələbə həyatı və fəxri məzunlarla bağlı ümumiləşdirilmiş araşdırma yazılar təqdim edə bilərlər.

Ən yaxşı araşdırma yazılar ADU THİK tərəfindən mükafatlandırılacaq.

Mükafatlar:

I yer - notbuk, diplom

II yer - planşet, diplom

III yer - mobil telefon, diplom

IV-X yerlərin sahiblərinə müxtəlif hədiyyələr və Təşəkkürnamə təqdim ediləcək.

Yazılar “Vord” formatda “Tayms nyu roman” şrifti ilə 14 ölçüdə yazılmalıdır. Yazının həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır.

Müsabiqədə ölkə üzrə bütün ümumtəhsil müəssisələrində təhsil alan 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Yazılar 31 may 2020-ci il tarixinədək [email protected] ünvanına göndərilməlidir.

Qaliblərin iyul ayının ilk həftəsində mükafatlandırılması planlaşdırılır.

Tarix
2020.05.04 / 17:22
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

Milli Yaşıl Taksonomiya təsdiq edildi - Qərar

Hüseynov işdən çıxdı, Qurban onun yerinə təyin olundu

Səxavət Məmmədzadə bu xəstəxanaya direktor təyin olundu

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla