Yuxarı

Paşayeva şuşalı mədəniyyət işçiləri ilə görüşdü – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva şuşalı mədəniyyət işçiləri ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şuşa rayon Mədəniyyət Şöbəsinin rəhbəri, fəxri mədəniyyət işçisi Zahid Abbasov, Şuşa rayon Dövlət Rəsm Qalareyasının direktoru, əməkdar rəssam Rövşən Bayramov və Şuşa rayon Mədəniyyət İşçiləri Həmkarlar komitəsinin sədri Günay Rzayeva ilə Mədəniyyət Komitəsində görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili mədəniyyət işçilərini Şuşa şəhərinin də azad olunması ilə nəticələnmiş Vətən Müharibəsindəki tarixi zəfər münasibəti ilə bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

Görüşdə cənab Prezidentin Şuşanın mədəniyyət paytaxtı elan etməsindən irəli gələn məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Komitə sədri qeyd edib ki, cənab Prezidentin Şuşa haqqında dediyi tarixi sözlər, irəli sürdüyü fikirlər və konkret təkliflər hər bir mədəniyyət işçisinin, bütün əlaqədar qurum və quruluşların üzərinə mənəvi məsuliyyət qoyur:

“Özəlliklə, bu il il keçiriləcək “Xarı bülbül” festivalı və uzun fasilədən sonra bərpa edilən Vaqif Poeziya Günlərinə vaxt itirmədən hazırlaşmalıyıq. Biz də Mədəniyyət Komitəsi olaraq yanınızdayıq və inanıram ki, bu mühüm mədəniyyət tədbirlərini birgə yüksək səviyyədə keçirəcəyik”.

Mədəniyyət işçiləri səmimi görüş və ətraflı fikir mübadiləsi üçün Q.Paşayevaya təşəkkür edib və əməkdar rəssam Rövşən Bayramovun müəllifi olduğu "Xurşidbanu Natəvan" portretini Komitəyə bağışlayıb.

Komitə sədri hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edib.

Tarix
2021.01.15 / 23:15
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla