Yuxarı

Pərviz Cəbrayıl: "Qurban gedə bilərsən..." - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim jurnalistikaya gəlişimiz yeni doğulmuş körpənin göbəyinin harasa atılmasına bənzəyir (belə bir adət var, məsələn, uşağın kəsilmiş göbəyini məktəbə atırlar ki, yaxşı oxusun və sairə). Amma jurnalistikanı bütünlükdə özümə doğma bir yer hesab etmirəm. Mənim dünyada yeganə missiyam yazmaqdır, yəni ədəbiyyat".

Bu sözləri APA TV-nin efirində yayımlanan "Üç dama" verilişində yazıçı Pərviz Cəbrayıl deyib.

Qonağımız söhbətə tez-tez iş yerini dəyişməsindən başlayıb:

"Azərbaycan kiçik bir məkandır və bizim çalışdığımız sahə dar bir yerdir. Burada hər kəs bir-birini tanıyır. Nə qədər iş yerini dəyişsən də hər kəs yenə də tanıdığın adamlar olur. Sadəcə düşdüyün mühitə uyğunlaşırsan və özün olaraq qalırsansa, ünsiyyətdə də heç bir problem olmur".

Verilişin davamında Pərviz bəy illər keçdikcə müdrikləşdiyini deyib:

"Heç nə insanı dəyişə bilməz. Adamın xasiyyəti dəyişmir. Sadəcə illər keçdikcə adam bir az müdrikləşir, həyata baxışını dəyişir. O baxış da insanın emosiyalarını, düşüncələrini və hərəkətlərini idarə edir. Mən vaxtı ilə bir sözümün dəyişdirilməsinə görə işdən getmişəm. İndi düşünürəm ki, bəlkə də o, gənclik egosu idi. Ancaq sözə həssaslıq hər zaman insanın içində qalır və mən arzulayıram ki, onu heç zaman itirməyim. Mən sözlə bağlı dəlisovam. Amma həyatda elə sakit biriyəm".

Müsahibimiz verdiyi qərarlardan da söz açıb:

"Mən qərarlar verdiyim zaman qazandığım təcrübəyə söykənirəm. Qərarlarımda mütləq həyata baxışım, düşüncələrim və fikirlərim rol oynayır. Əgər insanın düşüncələri, təcrübəsi imkan verirsə qərarları da bir anda verə bilər. Və mən də tez qərarlar verə bilirəm".

Yazıçı "ağıl yoxsa xoşbəxtlik?" mövzusuna belə cavab verib:

"Mən həm yazılarımda həm də həyatda qeyri-səlis təfəkkürün tərəfdarıyam. Dəqiq gördüyümün də başqa tərəflərini axtara bilirəm. Yəni, ağın içərisində qara, qaranın içərisində isə ağ var. Bütün hallarda ağıl daha yaxşıdır. Çünki xoşbəxtlik yoxdur. Amma təbii ki, xoşbəxtlik də yanaşmadan asılıdır. İnsan özünü harada xoşbəxt hiss edirsə, həmin an da "xoşbəxtəm" deyir. Bir başqası isə bunu xoşbəxtlik hesab etməyə bilər. Bu, ani bir hissdir. Amma ağılla hərəkətlərin içərisində də insan və hisslər olmalıdır. Ağılla olan hərəkətlər insanı bədbəxt etməz. Etsə də, bu, elə xoşbəxtlikdir, məncə. Mənim tam xoşbəxtliyim üçün isə sadəcə yazmağıma şərait lazımdır. İmkanım olsun, oturub gecə-gündüz yazım. Başqa heç nə istəmirəm həyatdan".


Pərviz Cəbrayıl yazmaqdan savayı bir neçə sevimli məşğuliyyətinin də adını çəkib: "Uşaq vaxtı musiqiyə həvəsim var idi. İndi isə musiqi ilə yalnız tək olanda, ürəyimdən keçəndə məşğul oluram. Sonra fotoaparata marağım var idi. Bir neçə fotoaparat aldım, şəkil çıxardanım, filan varım idi. O, qəribə bir proses idi, qaranlıqda işləyirdim. Sonra futbola güclü marağım yarandı. Kəndimizdə 15 komanda yaratdım. Çempionatlar keçirirdik, qaliblərə əvvəlcədən hazırladığım medallar verilirdi. Bütün uşaqlar üçün vəsiqələr düzəltmişdim. Mən özüm qapıçı idim. Bir gün qəfildən, elə stadiondaca ağlıma bir şeir gəldi, yazdım. Ümumiyyətlə şeir yazmağa kiçik bacım həvəs yaradıb məndə. O hər zaman yazırdı, mən də redaktə edirdim. Bir gün yazdığını o qədər dəyişdim ki, axırda "öz şeirimdir" deyib mübahisə də etdim bacımla. Sonra bacım hekayə yazdı. Bax o zaman çox təəccübləndim. Çünki mən hesab edirdim ki, hər adam hekayə yaza bilməz. Düşünürdüm ki, adamlar elə yazıçı doğulurlar, sanki onlar müqəddəs insanlardır, adi adam yox. Sonra hekayəni oxuyub anladım ki, bəli, mən də yaza bilərəm. Bu gün isə daxilimdə bacıma minnətdarlıq borcum var. O, məndə həvəs yaratdı yazmağa. Düzdür, bu yol çox çətindir. Həyatımı qaraya çevirsə də mənim yeganə amalım yazmaqdır. Nə qədər əzablı olsa da mən yazmaqla, ədəbiyyatla xoşbəxtəm".

Verilişin sonunda həmsöhbətimiz qadınlardan söz açaraq, maraqlı fikirlər səsləndirib:

"Qadınsız həyat çox mənasızdır. Mənim fikrimcə, qadınsız məclis son dərəcə boz və darıxdırıcıdır. Dostlarla təbii ki, maraqlıdır. Ancaq bütün hallarda qadının qarşısında başqa cür olursan. Ağıllı qadınlar daha çox istənirlər. Ancaq baxırsan ki, kişi ağıllı qadını qoyub, gedib gözəl qadını sevir. Könül nə fərman verdi, o da olacaq yəni. Gözəl qadın cəmiyyətin qaydalarına rəğmən əxlaqsız da sayıla bilər. Amma onun elə gözəl ürəyi və ruhu olar ki, sən ona qurban gedə bilərsən. Bu yerdə heç ağıla ehtiyac da yoxdur. Sev də onu, sən özün ağıllısan axı. Amma təbii ki, hər ikisi - ağıl və gözəllik bir arada olsa, daha yaxşı olar. Düzdür, mən hesab etmirəm ki, sevilmişəm. Yalnız sözümə görə sevildiyimdən əminəm".

Tarix
2015.06.11 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla