Yuxarı

Bakı Dövlət Sirki işçi axtarır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Dövlət Sirki işçi axtarır

Yeni strukturu formalaşdırılan Bakı Dövlət Sirkinə janr üzrə artistlərin işə qəbulu elan edilir. Bununla əlaqədar sirkin milli truppa və orkestri yenidən təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, sirkə Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər ixtisaslar üzrə istedadlı gənclər dəvət edilir.

Seçim zamanı respublikamızın bədii təhsil üzrə müvafiq ali və orta ixtisas məktəblərinin, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, habelə digər ölkələrin ixtisas təhsili müəssisələrinin məzunları ilə yanaşı, sirk sənətində yüksək qabiliyyət və bacarığı olan şəxslərə də üstünlük veriləcək.

İxtisas üzrə iş təcrübəsinə malik 29 yaşadək gənclərin müraciət etməsi tövsiyə olunur.

Namizəd tərcümeyi-halını (CV) və özü barədə hazırladığı qısa videonu [email protected] elektron poçt ünvanına və ya Vatsap mobil tətbiqi vasitəsilə (+994 50 204 04 54) təqdim edə bilər.

Tarix
2021.04.21 / 18:22
Müəllif
Kult.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla