Yuxarı

Ermənilər tarixi necə saxtalaşdırıb? – Təqdimat

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər tarixi necə saxtalaşdırıb? – Təqdimat

İndiki Ermənistan ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunan “Həqiqətin onomastikası” adlı kitabın onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda “Həqiqətin onomastikası” kitabının ideya müəllifi akademik Kamal Abdulla, müəlliflər - filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, deputatlar, icma rəhbərləri, Azərbaycanın alim və mütəxəssisləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Təqdimatda bildirilib ki, sözügedən kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilib:

“Yaxın zamanda kitabın ingilis və rus dillərində də nəşri nəzərdə tutulur. “Həqiqətin onomastikası” kitabı Azərbaycan həqiqətlərinin təbliğinə öz ciddi töfhəsini verəcək. Bu kitabın ilk nəşridir. Əlbəttə ki, burada yer alan 1600-ə yaxın toponimdən daha çox toponim, hidronim, oronim var. Bunların üzərində işlər davam etdiriləcək. Növbəti nəşrlərdə həmin adlar da kitabda öz əksini tapacaq. “Həqiqətin onomastikası” kitabının elektron versiyası da oxucuların diqqətinə çatdırılacaq. Elektron format Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin veb səhifəsinə yerləşdiriləcək”.

Qeyd olunub ki, sözügedən kitab barədə sosial şəbəkə üzərindən də güclü təbliğat aparılmalıdır:

“Bu kitabların əsasında xarici dillərdə təqdimat xarakterli kiçik videoçarx hazırlayıb sosial şəbəkələrdə geniş şəkildə paylaşmaq lazımdır”.

Qeyd edək ki, kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

Tarix
2021.06.09 / 18:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla