10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
02:05
| Ana səhifə Kult |
|
Sabah SSRİ xalq artisti Maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Axar.az xəbər verir ki, Niyazinin ev muzeyində keçiriləcək tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyyə Hacıbəyova sənətkarın əsərlərindən ibarət silsilə musiqi nömrələri ilə çıxış edəcək.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Xatırladaq ki, Maestro Niyazi "Xosrov və Şirin" operasının, "Rast" simfonik muğamının, "1920-ci ildə" opera-kantatasının, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletinin və s. musiqi əsərlərinin müəllifidir.
|
Tarix
2015.08.04 / 18:54
|
Müəllif
Nigar An
|