Yuxarı

Erməni həyasızlığı: “Qarabağ” – “erməni sözü” imiş…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni həyasızlığı: “Qarabağ” – “erməni sözü” imiş…

Ermənilərin "yerli ideoloqları" bütün dünyanın türk əsilli "Qarabağ" toponimindən istifadə etdiyini görüb tam "erməniləşmək" üçün psevdo (ingilislər daha yaxşı deyir: puppit - kukla) dövlətlərini “arsax” adlandırdılar. Sonra anladılar ki, türk sak tayfalarının adı ilə bağlı olan "arsax" "Qarabağ"dan heç də az türkcə deyil. Həm də onu erməni toponimi kimi vecinə alan yoxdur. Hamı Qarabağ deyir. Odur ki, valı dəyişirlər.

Kult.az xəbər verir ki, bu sözləri sabiq səfir, professor Vilayət Quliyev qeyd edib.

Onun sözlərinə görə, oyuncaq qurumun qapıçısından "birinci diplomatına" qədər bütün işçiləri yalnız özündən ibarət olan "xarici işlər naziri" açıqlama yayıb ki, bəs, "Qarabağ" qədim erməni sözüdür:

“Guya "qara" qədim ermənicə "böyük" deməkdir, "bağ" isə iranlı qardaşlara bağlanır və “boq” sözünün təhrifə uğramış şəklidir. Deməli, Qarabağ da Böyük Allahın ermənilərə əta etdiyi torpaqdır, yaxud Böyük Allah yurdudur. Fikrini əsaslandırmaq üçün də ermənilər arasında yayğın olan Qarabed adını nümunə gətirir. Yəqin ki, erməni-fars qardaşlığışı zəmininində Qarabedi də "böyük fəlakət, böyük pislik" və s. kimi şərh etmək olar.

Belə getsə, bu acgöz məxluqlar tezliklə Qara dənizə, Qarayazıya, Qaradabaniyə, Qaratəkləyə, Qaradonluya, Qaramana, Qaraxanilər dövlətinə, Qaraqoyunlulara, hətta qaramala talib olacaqlar (Bu sıradan Qaraxaçı, Qarakilsəni artıq özününküləşdiriblər)”.

Tarix
2021.11.24 / 14:48
Müəllif
Kult.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla