Yuxarı

Məşhur həbsdən qaçışda 10 maraqlı fakt – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur həbsdən qaçışda 10 maraqlı fakt – Video

Əgər dünya ədəbiyyatında insan mübarizəsinin, əzminin şah damarı Cek Londonun "Həyat eşqi" əsəridirsə, kinematoqrafiyada bunun daha qabarıq və möhtəşəm ekvivalenti "Şouşenkdən qaçış" filmidir.

Rejissor Frenk Darabontun amerikalı yazıçı Stiven Kinqin "Rita Heyuort və Şouşenkdən qurtuluş" əsəri əsasında ekranlaşdırdığı bu film 20 ildir ki, ən uğurlu filmlər siyahısında birincidir.

"Şouşenkdən qaçış" filmi arvadını və onun sevgilisini öldürməkdə günahkar bilinən Endi Düfrenin İngiltərənin çıxılmaz həbsxanalarından birində həbs həyatı yaşamasından və möcüzəli şəkildə həbsdən qaçmasından bəhs edir.

Axar.az yeddi Oskar mükafatına layiq görülən filmlə bağlı bir çoxlarının bilmədiyi 10 maraqlı faktı təqdim edir:

1. Film 1965-ci ildə cərəyan edən hadisələrdən bəhs etsə də, Endinin son səhnədə sürdüyü maşın 1969-cu ildə istehsalıdır.

2. 142 dəqiqəlik filmdə, sadəcə, 2 qadın obrazın dialoqu var.

3. Qoca Broksun qarğaya yem etdiyi qurda görə film şirkəti ilə Heyvan Hüquqları Müdafiəsi Təşkilatı arasında ziddiyyət yaşanıb. Lakin sonradan məlum olub ki, qarğa qurdu yemədiyi üçün ona qurd formasında düzəldilmiş ət veriblər.

4. Endi divarı qazdığı çəkici İncilin arasında gizlətmişdi. Həmin açıq qalan səhifədə yəhudilərin Misirdən qaçmasından bəhs edilir. Burada film şirkətinin və ya yazıçının hansısa siyasi mesaj verdiyi iddia olunur.

5. Əsərdə Red obrazı, əslində, kürən saçlı bir irlandiyalıdır. Ona görə də ləqəbi – Red, yəni Qırmızıdır. Filmdə Red irlandiyalı olduğunu, ancaq heç vaxt qaradərili bir irlandiyalıya rast gəlmədiyini deyərək, əsərə eyham vurur.

6. Filmdə Morqan Frimanın – Redin saxlanıldığı otağın nömrəsi 237-dir. Bu rəqəm Stiven Kinqin bir çox əsərlərində xüsusi yer tutur.

7. Endi roluna Tom Hanks, Coni Depp, Nikolas Keys kimi dünya şöhrətli ulduzların çəkiləcəyi planlaşdırılsa da, bu aktyorlar təklifi qəbul etməyiblər. Nəticədə Tim Robins bu ölümsüz əsərdə baş rolu ifa edib.

8. Qaçış səhnəsində Endinin süründüyü kanalizasiya borusunun içində nəcis zənn etdiyimiz qatı maye, əslində, şokoladlı sudur. Yaxın dövrlərdə həmin filmin çəkildiyi yerləri ziyarət edən tələbələr hələ də oradan şokolad qoxusu gəldiyini deyiblər.

9. Filmdə Morqan Frimanın gəncliyini canlandıran şəxs onun doğma oğlu Alfonso Frimandır.

10. Rejissor Frenk Darabont əsərin müəllif hüquqlarını Stiven Kinqdən cəmi 5 min dollara alıb.

Tarix
2015.08.11 / 00:13
Müəllif
Nigar An
Digər xəbərlər

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Azərbaycanla İsrail arasında mühüm iclas başladı - Foto

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Dünənin, bu günün və sabahın partiyası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla