Yuxarı

“Maraqlıdır: Aqşin Kamal Abdullaya ön söz yazır”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Maraqlıdır: Aqşin Kamal Abdullaya ön söz yazır”

Elə zəif əsərlər var ki, haqqında bəlağətli ifadələrlə zəngin ön sözlər yazılıb.

Bu sözləri tənqidçi Vaqif Yusifli kitablara "Ön söz" yazma ənənələrinin getdikcə sıradan çıxması ilə bağlı Axar.az-a danışarkən deyib. Onun fikrincə, "Ön söz" yazıçı ilə oxucu arasında rabitə qurmaq baxımından faydalıdır:

"XX əsrin əvvəllərindən bəri istər yaşlı yazıçıların, istərsə də gənclərin kitablarına ön söz yazılması ənənə şəklini alıb. Azərbaycanda ən çox "Ön söz" yazanlardan biri də mənəm. Bu, daha çox mənim istəyimlə olmur, tanınmış tənqidçi kimi, ədəbiyyatı duyan bir adam, bir mütəxəssis kimi mənə müraciət edirlər.

"Ön söz" kitabın mahiyyəti, həmin kitabı yazan müəllifin yaradıcılıq yolu haqqında əvvəlcədən verilən məlumatdır. Oxucu kitabın bədii hissəsi ilə tanış olmamış onun haqqında məlumatı oxuyur, bir növ, özü üçün müəyyənləşdirir ki, bu kitabı oxumalıdır, ya yox. Amma bunu da hamısına aid etmək olmaz, elə ön sözlər var ki, o həmin kitab haqqında dəqiq, operativ məlumat vermir. Elə zəif əsərlər var ki, haqqında bəlağətli ifadələrlə zəngin ön sözlər yazılıb.

Kitaba "Ön söz" yazmaq lazımdır. Bir şərtlə ki, yazıçıya, kitaba kömək eləsin, oxucu ilə yazıçı arasında rabitə yaratsın, yazıda təhrif olmasın, yoxsa bu, həm kitabı, həm də ön söz müəllifini gözdən sala bilər.

Kamal Abdullanın kitabına Aqşin Yenisey "Ön söz" yazıb. Aqşin çox istedadlı, ədəbiyyat haqqında fərqli düşünən şairdir. Əgər Aqşin Yeniseyin də Kamal Abdullanın kitabına ön söz yazması müəllifin öz istəyi ilə olubsa, demək, Kamal Abdulla onu fikir, düşüncə adamı hesab edir. Hərçənd ki, Aqşin Yeniseyin çox fikri mənim xoşuma gəlmir".

Tarix
2015.08.12 / 08:45
Müəllif
Nigar An
Digər xəbərlər

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla