Yuxarı

Fikrət Qoca: “Hər gün yubileyimdir” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fikrət Qoca: “Hər gün yubileyimdir”  - Video

Mənim üçün ən böyük hədiyyə ailəmdir, nəvələrimdir.

Bu sözləri xalq şairi Fikrət Qoca 80 illik yubileyi haqda Axar.az-a danışarkən deyib:

"Mənim üçün bu yaşda hər gün yubileydir. Yuxudan oyandımsa, deməli, hər saat mənim yubileyimdir. Sevinəcəyəm ki, bu gün də yaşadım. Yəqin ki, yubiley tədbiri keçirəcəklər. Gəncədə artıq keçirilib.

Şair dostum, köhnə bakılı Aleksandr Kriş bir gün əvvəl zəng edib təbrik elədi məni. Başqa dostlarım da təbrik elədi, amma birinci təbriki balaca Fikrətdən aldım. Balaca deyəndə universitetin 1-ci kursunda oxuyur. Axşam yanımda idi, səhər tezdən də zəng edib təbrik etdi. Xanımım da axşamdan təbrik edib.

Mənim üçün ən böyük hədiyyə ailəmdi, nəvələrimdi, dostlarımdı, ətrafımdakı adamlardı. Bir də ən böyük hədiyyə müstəqilliyimizdir. Həmişə deyirdim ki, müstəqilliyimizi görüm, sonra ölüm. Gördüm, amma çox yaşadım, hələ ki yaşayıram.

Yaradıcılıqda da hər şey qaydasındadır. Səkkiz cildliyim yubiley ərəfəsində nəşr olundu. Bildiyiniz kimi, mənim bir çox şeirlərimə mahnı bəstələnib. Yeni mahnı mətnim də çoxdur, bəstəkarlar görüb götürməlidir. Cildliyimin 7-ci cildi mahnı mətnləridir, 400-ə yaxın mahnı var orda. Yaşasam, yenə yazacağam".

Qeyd edək ki, xalq şairi Fikrət Qoca 1935-ci il 25 avqustda Ağdaş rayonunda anadan olub. Bir çox şeir kitablarının müəllifi olan Fikrət Qoca, eyni zamanda "Payız gəldi", "Bir xumar baxışla", "Qaytar eşqimi", "Anacan, dostum evlənir" kimi bənzərsiz mahnıların sözlərini yazıb.

Tarix
2015.08.25 / 11:50
Müəllif
Nigar An
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla