Yuxarı

Erməninin “əsən küləyi” və bizim “axşama doğru”muz...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsindən, Azərbaycan əsgərinin yenilməzliyini sübut edən 44 günlük müharibədən, az qala, il yarım ötür. Dürüst, qalib, qəhrəmalığın pikinə qalxan bizim əsgərlər ola-ola, bu zaman kəsiyində erməni rejissorların çəkdiyi, onların maraqlarına dayanan, yalan və uydurma dolu, lakin neytral izləyicinin marağına səbəb ola bilən filmlər beynəlxalq festivallarda təqdim olundu.

Peşəkar rejissor işi, müasir xüsusi effektlər və mükəmməl ssenari bir araya gələndə sözsüz ki, neytral izləyici üçün yalnız “vauuu” efekti verir.

Xaricdə dəbdəbəli kinozalda oturan Ceki bu filmdə tarixin, reallığın təhrif olunması bir damla da olsun maraqlandırmır və doğrusu, onun yalan olduğunu da bilmir. Ona emosiyalar, gözəl çəkiliş, maraqlı və dinamik süjet lazmdır, vəssalam... Bunu isə ermənilər çox gözəl bacarır.

Gəlin bu müddətdə Ermənilərin Qarabağla bağlı “yarada” bildiyi filmlərdən bəzilərinə nəzər salaq:

Erməni rejissor Nora Martirosyanın çəkdiyi və məhz münaqişədən bəhs edən “Əgər külək əsərsə” filmi 2020-ci ildə (müharibədən az öncə) Kann festivalının proqramına daxil edilmişdi, Ontario (Kanada) beynəlxalq kinofestivalında erməni rejissoru Jivan Avetisyanın “Cənnətin qapıları” (44 günlük müharibəyə həsr olunmuş) filmi isə (müharibədən sonra) 2021-ci ildə 4 nominasiyada ən yaxşı film seçildi: “ən yaxşı səs”, “ən yaxşı musiqi”, “ən yaxşı ssenari”, “ən yaxşı beynəlxalq film” və s.

Həmin o Kannda ermənilərin təqdim etdiyi “Əgər külək əsərsə” 2067 film içərisindən seçilmiş, 56 filmdən biri olmuş və Toronto, Nyu York, Venesiya, San Sebastyan və başqa böyük şəhərlərdə nümayiş olunmuşdu. Bizim isə “Axşama doğru” filmimiz bu ranqdan qat-qat aşağı olan “Tənqid həftəsi” adlı bir siyahıya düşmüşdü. Və ermənilərin “Əgər külək əsərsə” filmində azərbaycanlıların “aqressivliyindən” didərgin düşən ailənin lirik-sentimental həyatından bəhs edilir, bizim ermənilərə necə “bədbəxt tale” yaşatmamızdan söhbət açılırdısa, “Axşama doğru” filmində nə vardı – sosial şəbəkələrdə tapıb baxa bilərsiniz...

Nəhayət, sosial şəbəkələrin Azərbaycan seqmentində böyük səs-küyə səbəb olan Berlin beynəlxalq kinofestivalının 2021-ci il proqramına daxil edilən “Qara bax - artsax” filmi! Azərbaycanlıların yüzlərlə şikayətindən sonra bu film Berlin kinofestivalının “lonqlist”inə (əlavə siyahı) əlavə edildi. Amma yenə də il ərzində o filmə onlarla ölkədə təqdimatlar keçirildi.

Qeyd edək ki, ermənilər bu filmlərdən savayı 44 günlük müharibəyə həsr olunmuş “Əgər hər şey...” (Ural kinofestivalı), “İşığın damcıları” (Toronto kinofestivalı) kimi yalan və uydurmalarla dolu kinolar çəkib, beynəlxalq festivallara çıxarıb, yaxşıca təbliğat apara biliblər.

Həqiqət budur: əsgərlərimiz meydanda bacardı, siyasətçilərimiz tribunada nail oldu, ssenaristlərimiz, rejissorlarımız isə bacarmadı və bacarmır... Bizdə bu dövrdə nələr çəkilib, bu mövzuda hansı filmimiz beynəlxalq mükafat alıb və yaxud festivallarda dünyanı gəzib? Heç biri.

İndi bəzi gənc rejissorlarımız deyəcək ki, bizə pul ayıran yoxdur, əks halda beynəlxalq mükafatları yan-yana düzərdik!

Bu iddiada olanlara sözümüz var: Bu ilin əvvəlində Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edib. Müsabiqənin ümumi dəstək fondu 300.000 manat təşkil edir. Bir həftə öncə müsabiqəyə yekun vurulub. Maraqlı məqamlar isə bundan sonra başlayıb...

Münsiflər heyətinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyevin sözlərinə görə, 2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 ssenari təqdim edilib.

“Ümumilikdə 45 ssenari var idi. Mən elə düşündüm ki, onların əksəriyyəti Qarabağ, Vətən müharibəsi, bizim əsgərlərimizin qəhramanlıq hekayələrindən, cəmiyyətimizdə baş verən müsbət dəyişikliklərdən olacaq. Ssenariləri oxuduqdan sonra məlum oldu ki, 45 layihədən sadəcə üçü bu istiqamətdə yazılıb. Biz təəcüb içində idik...”, - deyə Səfərəliyev “Avtoradio”ya müsahibəsində deyib.

Buna cavabınız var? Demək ki, problemi özümüzdə axtarmalıyıq. Biz hər hansı fahişənin həyatından bəhs edən filmi dövlətin də dəstəyi olmadan çəkib, Kanna göndərə bilirik, amma dövlətin dəstəyi olanda belə milli mövzuda hətta ssenari belə yazmaq istəmirik...

P.S. Bunu son günlər müharibə mövzusunda yaxşı əsər yazılmaması ilə bağlı polemikaya sözardı da saya bilərsiniz.

Tarix
2022.04.16 / 09:09
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla