Bu şəklin Azərbaycanın dahi şairi Nizami Gəncəviyə aid
olduğunu hamı bilir. Amma şəkildə təsvir olunan şəxs gerçəkdən də
Nizami Gəncəvidirmi? 12-ci əsrdə yaşamış şairin şəklini kim çəkə
bilərdi? Şəkil dövrümüzə necə gəlib çatıb?
Tarixçi Araz Vəliyev Moderator.az -a bu şəkillə bağlı
maraqlı fakt təqdim edib. Onun sözlərinə görə, 1939-cu cu ildə
Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən dahi şair Nizami
Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma bu
yuileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkil
olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar,
tarixçilər və rəssamlar işə cəlb olunur, müxtəlif variantlarda
Nizaminin portretini çəkirlər.
Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və
ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini
necə olduğunu dedikdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ağlına bir
ideya gəlir və təklif irəli sürür. Üzeyir Hacıbəyli "siz dediyiniz
parametrlərdə Ağcabədidən bir axund tanıyıram" deyir və həmin
axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər
geyindirildikdən sonra rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin
portretini yaradaraq müsabiqənin qalibi olur. Beləcə Nizami
Gəncəvinin bu gün istifadə olunan şəkli yaranır...