Yuxarı

Puqaçovanın Putinlə gizli söhbəti yayıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Puqaçovanın Putinlə gizli söhbəti yayıldı

“Laskovıy may” qrupunun prodüseri kimi tanınan Andrey Razin Alla Puqaçovadan danışıb. O, Puqaçovanı dəstəkləyib və onun Rusiya Prezidenti Putinlə gizli söhbət etdiyini bildirib

Kult.az xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində deyib.

Razin qeyd edib ki, Puqaçova onu sevmədiyi üçün onunla yaxşı münasibəti ilə öyünə bilməz. Ancaq yenə də onu müdafiə etmək qərarına gəlib.

Prodüserin sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibəyə qarşı çıxan və Rusiyanın təcavüzünü pisləyən primadonnaya qarşı hücumlar istehzaya bənzəyir:

"Hər halda indi ona qarşı edilən hücumlar sadəcə olaraq küfr və istehzadır. Kim nə deyirsə desin, Alla Borisovna həmişə Rusiya səhnəsinin simvolu olub".

O, Puqaçovanın Putinlə söhbətindən də danışıb. Məlum olub ki, müğənni Rusiya lideri ilə şəxsən əlaqə saxlayıb:

"Alla Borisovna Putinə bir cümlə dedi: "Məni qoruyun". İndi bir çoxları ona hücum edir, o cümlədən bu sözlərinə görə. Düşünürəm ki, bütün media bu istedadlı və layiqli qadına hücum etməyi dayandırmalıdır. Müxtəlif çaqqalların onu dişləməyə çalışması mənə yanlış görünür. Mən də bir dəfə onun üstünə it salmışdım. Amma o vaxt biz eyni dalğada idik. İndi isə ona edilənlər səhvdir. Onu sevənlər çoxdur. İnanıram ki, ona hücum sadəcə axmaqların dəliliyidir”.

Tarix
2023.03.21 / 17:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla