Yuxarı

Zülfüqar ölüm ayağında ona zəng etdirmişdi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqar ölüm ayağında ona zəng etdirmişdi...

Zülfüqar Hüseynzadənin vaxtsız vəfatı hamını sarsıdıb. Şəxsi məsələlərini, problemlərini heç vaxt qabartmayan jurnalistin qəfil ölümü həm də müəyyən suallar yaradıb: birdən-birə nə oldu?

İki il əvvəl onunla eyni binada otururduq. Bir gün halı qəfil pislədi. Mən çatanda tərin-suyun içindəydi. Təcili yardım şəkərin birdən-birə düşməsi “diaqnozu”nu qoymuşdu. Bizim israrımızdan sonra xəstəxanaya götürmək qərarını verdilər.

Binəqədidəki Məlikov adına xəstəxanaya aparırdılar, yolda dayandırdıq, “Semaşko”ya apardıq. Zülfüqarın istəyi ilə Qənirə Paşayevaya zəng elədim, sağ olsun, az sonra xəstəxanaya gəldi. Yol boyu Rəşad Mahmudovla əlaqə saxlamağa çalışıb ki, Zülfüqarı Gömrük Xəstəxanasına yerləşdirsin. Amma Rəşad doktor telefonu açmayıb.

Həkimlərin dediyinə görə, infarkt öncəsi vəziyyəti ağır olub, amma təhlükə keçib. Qərara gəlindi ki, gecə qalsın, səhər tam müayinə olunar. Otaqdan çıxanda qolumdan yapışıb “mən burda qalsam, öləcəm” dedi.

Bu vaxt Rəşad doktor Qənirə xanımı yığdı, vəziyyəti bilən kimi təcili yardım briqadası göndərdi. Gömrük Xəstəxanasına çatan kimi anjuya saldılar. 5-6 dəqiqə sonra həkim məni təcili angioqrafiya otağına çağırdı, orda Zülfüqarın böyük ürəyini gördüm, dedi, infarkt keçirir, çox az zaman var, yoxsa bu döyüntülər eşidilməyə bilər...

Beləliklə, Zülfüqar təcili əməliyyata götürüldü, Rəşad doktor stend qoydu. Qənirə xanımın sayəsində Rəşad doktorun operativ müdaxiləsi Zülfüqarı xilas etdi.

Xəstəxanaya gedəndə iki adama xəbər verməyimi istəmişdi: Qənirə Paşayevaya və Elşad Eyvazlıya.

Zülfüqar o hadisədən sonra mənə “Xızır peyğəmbər” deyirdi.

Dağlarda sənə yetişə bilmədiyim üçün bağışla!..

Tarix
2023.06.19 / 16:54
Müəllif
Elçin Zahiroğlu
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla