Yuxarı

Səməd Vurğunun şeir həsr etdiyi şair

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün şairi Osman Sarıvəllinin doğum günüdür.

Axar.az xatırladır ki, Osman Sarıvəlli 1905-ci il 17 dekabrda Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. O, Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, "Ədəbiyyat qəzeti"ndə redaktor, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi vəzifələrində çalışıb.

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri dərc olunub. "Dəmir sətirlərim" adlanan birinci kitabı isə 1934-cü ildə çıxıb.

"Bənövşə", "Gətir, oğlum, gətir", "Hər kim yüz il yaşamasa", "Bahar çiçəkləri", "Kür qırağında" kimi kitabların müəllifi olan şair həm də tərcüməçi kimi fəaliyyət göstərib. O, Viktor Hüqo, Puşkin, Nazim Hikmət kimi klassiklərin əsərlərini dilimizə tərcümə edib

Osman Sarıvəlli ilə xalq şairi Səməd Vurğun çox yaxın dost olublar. Onlar arasında maraqlı deyişmələr, söhbətlər bu gün dillərdə gəzir. Osman Sarıvəllinin 50 illik yubileyi 1955-ci ildə Azdramın binasında keçirilib. Həmin yubiley tədbirində Səməd Vurğun onu bu şeirlə təbrik edib:

Qardaş, sənin axar təbin

Axdı axar sular kimi,

Gah yeridi, gah atlandı,

Qartal olub qanadlandı

Müqəddəs arzular kimi…

Sən çapdıqca köhlənini,

Nallarından od qalandı

Nihilistin başı üstə…

Getdik dedim, yox, inanma

- Mənzil uzaq, ömür yarı,

İlhamının qanadları

Qartal kimi dağlar aşsın,

Zirvələrlə qucaqlaşsın.

"Hər kim yüz il yaşamasa, Günah onun özündədir", - deyən şair Osman Sarıvəlli 1990-cı ilin 3 iyulunda 84 yaşında vəfat edib.

Tarix
2015.12.18 / 08:30
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla