Yuxarı

Keçmiş ANS-çi: “Atam məni qayışla döyürdü”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş ANS-çi: “Atam məni qayışla döyürdü”

Həmin müəllim o sırtıq şagirdin, o gedənin atasının etmədiyini edib! Məni və qardaşımı atam qayışla ayağımızdan vururdu... oğlunu, qızını vaxtında döyməsəydi, indi dizinə döyərdi.

Axar.az xəbər verir ki, bu sözləri ANS-in keçmiş aparıcısı Aytən Səfərova Sumqayıtda şagirdini döyən müəllimin hərəkətinə münasibət bildirərkən deyib. Aparıcının tənqidlərə məruz qalan fikirlərini təqdim edirik:

"Sumqayıtda müəllim şagirdi döyüb! Gör o müəllimi nə həddə çatdırmaq lazımdır ki, aya 150 manata hər gün məktəbə yarıac, yarıtox ayaq döyən bir ailə başçısı buna əl atsın. Həmin müəllim o sırtıq şagirdin, o gedənin atasının etmədiyini edib! Məni və qardaşımı atam qayışla ayağımızdan vururdu... oğlunu, qızını vaxtında döyməsəydi, indi dizinə döyərdi. Məktəblərdə o qədər sırtıq, valideyn tərbiyəsi görməyən, sanki meşədən sivilizasiyaya çıxan, sözlə izaholunmaz dərəcədə axmaq uşaqlar var ki... Hamı Ramil Səfərovu qınayırdı Qurgeni baltaladığına görə... Görün nə həddə çatdırmaq lazım idi ki, gözünə heç nə görünməyib belə addım atsın. O müəllimə mən yalnız səbir diləyirəm. Bizsə düzələn deyilik. Hətta toylarda əlində çubuq olan sərpayısı olan xalqlardanıq. Düzəlmək üçün yun çubuğunu mütləq özümüzə vurdurmalıyıq sanki. Xoş danışanı qorxaq sanırıq, saymayanı başımıza oturduruq, özümüzə hörmət qoymuruq... nə vaxt düzələcək?!"

Tarix
2016.01.15 / 10:44
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla