Yuxarı

Aktyor oğlundan imtina etdi – Səbəb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyor oğlundan imtina etdi – Səbəb

Əməkdar artist Rəhman Rəhmanovun oğlu yenə həbs olunub.

Axar.az xəbər verir ki, "Azəristar" mahnı yarışmasının tanınmış iştirakçılarından olan Emil Rəhmanov saxlanılandan sonra atası ondan imtina edib.

Uzun müddətdir ki, narkomaniyadan əziyyət çəkən Emil bundan əvvəlki həbs həyatından sonra müalicə olunub. Hətta bir müddət əvvəl atası ilə birgə efirə çıxıb, yeni həyata başladığını açıqlayıb, mahnı ifa edib. Amma Emilin yenidən saxlanması atasının oğlundan imtinası ilə nəticələnib.

Aktyor ANS-ə deyib ki, o adamla daha maraqlanmır:

"Bir aydır nə danışıram, nə görüşürəm. Kim nə edir, özünə edir. O adda oğlum yoxdur".

Emillə eyni məhəllədə - "Kubinka"da böyüyən yazar Sevinc Çılğın isə əməkdar artistə müraciət ünvanlayıb. "Qaynar.info"da yayımlanan müraciətdə yazar atanı oğluna dəstək olmağa çağırıb:

"Emil xəstədir deyə ondan imtina etməyin. Emil mənsub olduğumuz cəmiyyətin ən bədbəxt məhəlləsində doğulub. Bu yolu Emil seçməyib. Bu tale onun boyuna-cisminə biçilib. Ondan imtina etməkdənsə, olduğu kimi qəbul edin. Emillə uşaqlıqdan tanışıq, əla oğlandır. Gül kimi ürəyi var. Özündən də böyük səsi var. İndi Emili daha çox görməyəcəksiz, canı türmədə xərclənəcək. Əminəm, Emil azadlığa çıxan gün məhəllədə yenə o ağ ölümünü axtarıb tapacaq, uzun aylardan, bəlkə də illərdən sonra canı bir anlıq da olsa, yenə öz ekstazını yaşayacaq. Yəni Emil dəyişməyəcək. Emil bu yoldan dönməyəcək. Mən bunları yaxşı bilirəm, Rəhman əmi. Amma nolar, ona sahib çıxın".

Tarix
2016.01.20 / 17:27
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla