Yuxarı

Ədəbiyyat adamları Fəxri Xiyabana axışdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ədəbiyyat adamları xalq şairi Vaqif Səmədoğlunun məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, xalq şairi Fikrət Qoca, xalq yazıçıları Anar və Çingiz Abdullayev, şair Ramiz Rövşən, xalq artisti Fəxrəddin Manafov, aparıcı Nərgiz Cəlilova və digər tanınmış ziyalılar Fəxri Xiyabana gələrək Vaqif Səmədoğlunun məzarına baş çəkib, qəbri üstə gül dəstəsi qoyublar.

Xalq yazıçısı Anar mərhum xalq şairi, dostu Vaqif Səmədoğlu haqda danışaraq, onun əvəzsiz şəxsiyyət olduğunu bildirib:

"Vaqifsiz bizə çox çətindir, onu çox istəyirdik. Vaqif üçün çox darıxırıq. O, həqiqətən böyük ədəbiyyat adamı idi. Fevral ayının 2-si Səməd Vurğunun ev muzeyində onunla bağlı tədbir, poeziya gecəsi keçiriləcək".

Xalq yazıçısı Çingiz Abdullayev Vaqif Səmədoğlunun ədəbiyyata bağlı bir insan olduğunu deyib:

"Onun vəfatından bir il keçib. Vaqif sözün əsl mənasında gözəl insan idi. Vaqif Səmədoğlu da, qardaşı Yusif Səmədoğlu da xalq şairi Səməd Vurğunun layiqli davamçıları idilər. İki il bundan əvvəl ağır vəziyyətdə olanda ondan xahiş etdik ki, qurultaya gəlməsin. Buna baxmayaraq, gəldi, çıxış da elədi. Vaqif ədəbiyyata bu qədər bağlı insan idi".

Xatırladaq ki, xalq şairi Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də xərçəng xəstəliyindən vəfat edib.

Tarix
2016.01.28 / 12:58
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Rusiyada azərbaycanlıların məhkəməsi başladı

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla