Yuxarı

Adəm müsibəti: daha bir uşağı məhv edirik...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün tiktoker Adəm həbs olunan atasına görə müraciət yayıb ki, atamı buraxın, bizim çörək gətirənimiz odur, ac qalacağıq.

Bilmirsən, dəhşətli olan nədir? Balaca uşağın ağsaqqal kimi danışmasımı, ya atasının balasına yaratdığı sosial dünya özbaşnalığımı, körpənin bu cür ürək dağlayan müraciətimi?

Adəm cənnətdən qovulandan dünyanın düzəni dəyişdi. Ta ki, elə balaca Adəm ortaya çıxdı, üstəlik, böyürdən atası da peyda oldu.

Beləlik, “Adəmin müsibəti” davam edir.

“Azərbaycanın ən gənc tiktokeri” statusunu alan Adəm balanın böyüyəndə kim olacağını düşünəndə adamın tükləri biz-biz olur – məşhur filmdə deyilən kimi...

Bəs niyə belə oldu? Bu cür deqredasiya ilə hara gedirik? Onu bu yerə nə gətirdi? Cəmiyyət, ya valideyn düşüncəsizliyi?

Sözsüz, heç bir valideyn istəməz ki, övladı bu günə qalsın. Görünür, Adəmin valideyni faciənin fərqində deyil.

Bu “Adəm xəmiri” hələ çox su aparacaq. Təkcə o deyil, Azərbaycanda o qədər adəmlər var ki...

Sən Allah, tiktokun Azərbaycan seqmentinin təşkilinə baxın: “Adəm və valideyni”, “Ləman”, “Baboş”, “Semka”...

Heç birinin heç bir funksiyası yoxdur. Ancaq söyüşlər, qeyri-etik davranışlar, danışıqlar.

Əlbəttə, bu, onların biləvasitə azadlığıdır. “İt oynadanlar” isə bir toxunuşla hədiyyələr atır, onlar da adəti üzrə “hoqqa” verir. Bəs bunun adı nədir? Əlbəttə, təbliğat.

Hansı ki, bu cür təbliğatlar uzun müddət sonra nəticə verir. Yəni bunun fəsadının “səsi” sonra çıxır…

Bu adamlar təhsilsiz, savadsızdır. Onlar nə etdiklərinin fərqində deyillər. Əslində, məqsədli də etmirlər. Necə deyərlər, ağılları ora qədər kəsir. Amma dövlətə, ağıllı adamlara nə gəlib?

Ayaq boyda Adəmə ölkə boyu məşhurluq nəyə lazımdı? Uşaq sözün həqiqi mənasında çölə-bayıra çıxa bilmir. “Əmini söy” deyənlər əlində telefon onu gözləyir, təhqir elətdirir, üstünə şığıyır. Belə “məşhurluğ”un ağırlığına bu uşaq necə tab gətirsin? Bu, istismar deyil? Yaşıdları ilə küçədə oynayıb dizi sivriləsi körpə Tiktokda şir istəyir, atasının qucağında atasını söyür. Ata da ata ha: dinmir, dillənmir, oturub rayonda, toyuq-cücəyə baxır, axşam da əyləndirir, pul qazandırır.

Adəm bu “ulduzluğun” sonrakı illərində hələ çox ac qalacaq. Bir gün ata da yerli-dibli olmayacaq, o isə böyüyəcək - ortada təhsil yox, dünyagörüş də söyüşdən ibarət. Nə edəcək? Üstəlik, ağlı bir damcı kəssə, özünə baxıb utanacaq.

Beləliklə, gözümüzün qarşında Tiktok - əslində isə cəmiyyət, ailə - hamı yığışıb bir balanın gələcəyini məhv etdilər.

Allah, heç olmasa, sonunu xeyrə calasın!

Tarix
2024.04.16 / 10:44
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla