Yuxarı

Yazar olmaq istəyənlərin oxuması vacib yazı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazar olmaq istəyənlərin oxuması vacib yazı

1975-ci ildə "Paris revyü" dərgisinə verdiyi müsahibədə məşhur yazıcı Con Steynbek yazarlara dəyərli məsləhətlər vermişdi. Təbii ki, hər kəsin yazmaq, yazı prosesində necə davranmaq haqqında fərdi yanaşmaları var, amma bir çox böyük və gözəl əsərin altına imza atmış bir yazarın tövsiyyələrini heçə saymaq mümkün deyil.

1. Kitabı bitirə bilməyəcəyiniz fikrindən uzaq olun. Gündə 400 səhifə yazmaq fikrinə düşməyin, 1 səhifə yazın, əsər qurtaranda çaşacaqsınız.

2. Azad və sürətli yazın. Kitabı bitirmədən onun üzərində düzəlişlər etməyə qalxmayın. Bu sizi üzəcək və əsəri yarımçıq qoymaq üçün əlinizə bir bəhanə verəcək.

3. Tamaşaçılarınızın varlığını unudun. Başlanğıcda naməlum tamaşaçılar sizi qorxuda bilər, amma bir azdan bunun bir önəmi qalmayacaq, çünki bu teatr oyunu deyil. Yazıda tək tamaşaçı oxucudur. Tanıdığın və ya xəyal etdiyin birinə yazı yazırmış kimi düşünmənin faydası olduğunu mən belə görmüşəm.

4. Əgər yazının bir bölümü enerjinizi çox alırsa, o parçanı atlayın və yazmağa davam edin. Yazını bitirdikdən sonra sizi yoran bölümə keçin, onu təkrar oxuyub yazın.

5. Yazdıqlarınız içində ən çox diqqətinizi çəkən yerə daha çox zəhmət çəkin. O parçanın mətnə uymadığını da hiss edə bilərsiniz.

6. Dialoq yazırsınızsa, eyni anda yazdıqlarınızı yüksək səslə oxumağa çalışmayın. Dialoqlar o zaman obrazın dilinə tam uyacaq.

Tarix
2014.02.11 / 08:00
Müəllif
Selcan
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla