Yuxarı

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları Ankarada...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları Ankarada...

Təsdiq olunmuş illik əməkdaşlıq planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində “Qafqaz Qartalı - 2025” birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr təqdim olunub.

Qeyd edilib ki, təlim zamanı xüsusi təyinatlılar müxtəlif epizodlar üzrə raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqları yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək uğurla yerinə yetiriblər.

Təlimdə fərqlənən bir qrup hərbi qulluqçu xidməti vəzifələrinin icrasında göstərdiyi nümunəvi intizam və peşəkarlığa görə müvafiq mükafatlarla təltif edilib.

Tarix
2025.11.28 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla