Yuxarı

Əsgərin ölümünə görə saxlanılan komandir sərbəst buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərin ölümünə görə saxlanılan komandir sərbəst buraxıldı

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov hissə komandiri, kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından 15 noyabr 2025-ci il tarixdə özünü öldürüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub, o, əvvəlcə tutulub saxlanılıb, sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.

Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevi azadlığa buraxıb.

Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurub, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.

Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Tarix
2025.11.28 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla